Emin Los-Ancelesdə konsert verdi– FOTO

12 Fevral 2013 17:01 (UTC+04:00)


Məşhur azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov ABŞ-ın Los Anceles şəhərində yerləşən əfsanəvi "The Viper Room" klubunda konsert proqramıyla çıxış edib

Müğənni möhtəşəm klubda keçən ilin sonunda ABŞ-da hazırlanan "After The Thunder" albomunu təqdim edib.

AzNews.az-ın məlumatına görə, bu barədə müğənninin rəsmi saytında məlumat yer alıb.

Emin çıxışı zamanı öz musiqi qrupunun müşayiəti ilə hit mahnılarını canlı ifa edib. Onun ifa etdiyi mahnılar arasında "Baby Get Higher" və "Heart Keeps Beating" mahnıları yer alıb.

Tədbirdə diqqət çəkən məqamlardan biri də izdiham arasında Eminin yaxın dostu, rus pop kralı Filip Kirkorovun olması idi. O, Eminə maksimum dəstək olmağa çalışırdı.

Fuad Mədətov
AzNews.az