Nemtsovun qatilinin Zaur Dadayev olduğu sübuta yetirildi

29 İyun 2017 17:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nemtsovun Zaur Dadayev tərəfindən öldürüldüyü aşkarlanıb.

Məhkəmə onun qatil olduğunu sübuta yetirib. Eyni zamanda, qətldə Xamzat Baxayev, Temirlan Esgerxanov, Anzor və Şadid Qubaşyov qardaşları da iştirak ediblər.

Boris Nemtsov 2015-ci il 27 fevral tarixində Moskvada güllələnərək öldürülmüşdü. İstintaqın nəticəsində görə, qətlə sifariş verən Ruslan Muxudinov Nemtsovun öldürülməsi üçün icraçıya 15 milyon rubl (250 min dollar) təklif edib.

Bəxtiyar Abbasov

AzNews.az