AzNews.az f-1.az-a istinadən xəbər verir ki, Mercedes komandasının hesabatına əsasən Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə reallaşdırıblar ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub.
Hazırda Azərbaycan Qran Prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. İkinci yerdə isə 54 ötmə ilə Çin Qran Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınıb.