Salyanda 3 azyaşlı su çəninin altında qalıb, ağır yaralandılar

29 İyun 2017 23:08 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Şamaxının Salox kəndindən Salyandakı qohumlarıgilə gələn 4 yaşlı Rasim Yunus oğlu Məmmədli, onun bacısı 2 yaşlı Şahanə Məmmədli və qohumıarı 5 yaşlı Fatimə Mehdi qızı Osmanova həyətdəki boş su çəni ilə oynayan zaman çən onların üzərinə düşüb.

Nəticədə uşaqların hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Bacı-qardaşın vəziyyəti ağır olduğundan onların Bakıya göndərilməsi planlaşdırılır. Digər uşaq isə ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.