Rus turistlər oteldən oğurluq etdilər- 14 ədəd tualet kağızı, 7 kilo portağal

30 İyun 2017 10:01 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük otlei tərk edən zaman işçilərdən birinin şübhələnməsi nəticəsində onların çemodanları açılıb. Məlum olub ki, rusiyalı cütlük oteldən 14 ədəd tualet kağızı, su butılkalarına boşaldılmış 5 litr likör, bir neçə ədəd hamam dəsmalı, 7 kq. portağal və otelin həyətində kökündən çıxarılmış gülləri oğurlayıblar. Kliptoman olduqları fərz edilən cütlüyün oğurladığı əşyaların ümumi dəyəri 231 dollar ödəndikdən sonra onlar oteli tərk edə biliblər.

Xəbər Rusiya mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunub. Insanlar bu cütlüyün Rus millətinin adını batırdığını deyiblər.