Yeni medal təsis olundu - Ordumuzun 100 illiyi münasibətilə

30 İyun 2017 13:55 (UTC+04:00)

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı təsis olunub.

Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görüləcəklər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

AzNews.az