AzNews.az xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz M.Hərçəqani final qarşılaşmasında rusiyalı rəqibi, 2013-cü il dünya çempionatının bürünc medalçısı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb.