Moskvada şiddətli qasırğa başladı - Video

30 İyun 2017 16:03 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda şəhərin bəzi bölgələrində küləyin sürəti saatda 70 kilometrə çatır.

Moskvanın bir neçə rayonunda dolu yağıb. “Şeremetyevo” hava limanında ildırım ehtimalı barədə xəbərdarlıq edilsə də, daha sonra bu xəbərdarlıq ləğv olunub. Hazırda hava limanı ştat rejimində fəaliyyət göstərir.

Şiddətli küləklərin sabaha qədər davam edəcəyi proqnozlaşdırılır.

Bəxtiyar Abbasov

AzNews.az