İlham Əliyev Burundi liderinə məktub göndərdi

30 İyun 2017 18:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram”.