Sumqayıtda yanan binanın görüntüləri yayıldı - Video

30 İyun 2017 21:16 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində qeydə alınıb.

Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin bir otağının, dəhlizin yanar konstruksiyaları 30 kvadratmetr sahədə və ev əşyaları yanıb.

Tərlan Əlibalayev – Zərərçəkən: “Duranda gördüm ki, tüstü-duman basıb evi. Bilmədim nədən olub. Qonşular sağ olsun kömək elədilər”.

8 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər alovdan mühafizə olunub. 1 nəfər xəsarət alıb.