“Qəbələ”- dən darmadağın

30 İyun 2017 22:56 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun komandası Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Matç Roman Qriqorçukun komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.

1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.