Moskvada 120-ə yaxın aviareys təxirə salındı

1 İyul 2017 09:17 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, "Domodedovo" aeroportunda 52, "Şeremetyevo"da 66, "Vnukovo"da isə 1 uçuş təxirə salınıb. "Domodedovo"da 6 aviareys ləğv edilib.

Moskva, Kaluqa və Tula əyalətlərində gərgin hava şəraitinə görə 27 mindən çox insan elektrik enerjisiz qalıb.

Məlumata görə, sürəti saniyədə 18 metr olan külək yağışla müşayiət olunur. Bu cür hava şəraitinin iyulun 1-də də davam edəcəyi bildirilir.

AzNews.az