“Putin fenomendir, Tramp isə cizgi filmi qəhrəmanı” - Dieqo Maradona

1 İyul 2017 13:20 (UTC+04:00)

AzNews.az “Report” istinadən xəbər verir ki, bunu “russian.rt.com” saytına müsahibəsində əfsanəvi futbolçu və Argentina yığmasının sabiq baş məşqçisi Dieqo Maradona deyib.

57 yaşlı mütəxəssis Rusiya prezidenti Vladimir Putinlə yanaşı, ABŞ prezidenti Donald Tramp barədə də düşüncələrini bölüşüb: “Tramp barəsində siyasətçi kimi danışmaq çətindir. Onu bu rolda görmürəm. O, mənim üçün daha çox komiks və ya cizgi filmi qəhrəmanıdır. Onu nə zaman televiziyada görürəmsə, kanalı dəyişirəm”.

Dieqo Maradona Konfederasiyalar Kubokunun final matçı ilə əlaqədar Rusiyaya səfər edib. İyulun 2-də Almaniya və Çili yığmaları arasında baş tutacaq həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

AzNews.az