Almaniya Avropa çempionu oldu - Foto

1 İyul 2017 13:30 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Polşada təşkil olunan çempionatın finalında Almaniya və İspaniya yığmaları qarşılaşıblar.

Oyunda Almaniya komandası minimal üstünlüklə qalib gəlib – 1:0. Almanların heyətində Mitçell Veyzer 40-cı dəqiqədə fərqlənib.

Çempionatın ən yaxşı bombardiri adına 5 qolla “Atletiko Madrid” klubunun da şərəfini qoruyan ispaniyalı gənc futbolçu Saul Niqes layiq görülüb.

Qeyd edək ki, bu, Almaniyanın U-21 yığması səviyyəsində ikinci qitə çempionluğudur. U-21-lərin Avropa birinciliyində ən çox çempion adına İtaliya millisi yiyələnib (5 dəfə). Həlledici qarşılaşmada məğlub olan İspaniya isə dörd dəfə Avropa çempionatının qalibi olub.

AzNews.az