Cəlilabad sakini həmkəndlisini bıçaqladı

1 İyul 2017 14:07 (UTC+04:00)

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 30-da Cəlilabad rayonunun Muğan kəndində kənd sakini Əfqan Piriyev münaqişə zəminində həmkəndlisi Şirin Düniyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Piriyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.