100 manatlıq saxta əskinas verdilər - Tutuldular

1 İyul 2017 14:26 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər.