Gecə klubuna silahlı hücum - 28 nəfər yaralandı (Video + Yenilənib)

1 İyul 2017 20:49 (UTC+04:00)

AzNews.az "Fox News"-a istinadən xəbər verir ki, hadisə "Power Ultra Lounge" klubunda baş verib. Nəticədə 17 nəfər yaralanıb. Yaralananların 16-25 yaş arasında gəclər olduğu bildirilir. Yerli polis hadisənin terror olmadığını qeyd edib. Araşdırmalar davam edir. Ölənlər barədə məlumat yoxdur. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

17:17

***

ABŞ-ın Arkansas ştatında "Power Ultra Lounge" klubunda baş verən atışma nəticəsində yaralananların sayı 28-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barərə məlumatı ərazinin hüquq-mühafizə orqanları yayıb.