BMT sülhməramlı missiyaların maliyyələşməsini azaldır

1 İyul 2017 17:25 (UTC+04:00)

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının təsdiq etdiyi müvafiq sənədə əsasən, cari maliyyə ilində dünya üzrə həyata keçiriləcək 14 missiyanın maliyyələşməsinə toplam olaraq 7,3 mlrd. ABŞ dollarının xərclənməsi nəzərdə tutulur. Bu isə əvvəlki ilin büdcəsinə nisbətən 600 mln. dollar və ya 7,6% azdır.

Qeyd edək ki, bundan öncə ABŞ Konqresində BMT-nin maliyyəşməsinin dayandırılmasına dair təkliflər səsləndirilib.

AzNews.az