Avtobus aşdı - 30 turist yaralandı

1 İyul 2017 17:52 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Trnava şəhərinin yaxınlığında baş verib. Belə ki, avtobus sürücüsünün idarətetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində 30 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 1-nin vəziyyəti kritik, dördünün vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və qəza vertolyotu cəlb olunub.

AzNews.az