Seyfdən 2500 manat və kassa aparatı oğurlandı - Bakıda

1 İyul 2017 18:43 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə, məhəllə 5057/68 ünvanında yerləşən mağazadakı seyfdən 2500 manat və kassa aparatı oğurlanıb. Qeyd edək ki, mağaza Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Abdullayevə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az