Bakıda ev yandı

1 İyul 2017 18:55 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.