37 yaşlı kişi bıçalandı

1 İyul 2017 19:20 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallıda yerləşən parklardan birində qeydə alınıb. Belə ki, Masallı sakini 1980-cı il təvəllüdlü Nahid Vidadi oğlu Salmanov bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Hadisənin N.Salmanovun tanışı olan Qalib adlı şəxs tərəfindən törədildiyi deyilir. Artıq həmən şəxs saxlanılıb.

Fakt araşdırılır.

AzNews.az