38 yaşlı kişi bıçaqlandı - Cəlilabadda

1 İyul 2017 20:59 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Şirin Düniyev bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata götürülüb. Araşdırmalar zamanı məlum olub ki, hadisəni münaqişə zəminində Şirin Düniyevin həmkəndlisi Əfqan Piriyev törədib.

Artıq hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az