7 yaşlı uşağı vuran sürücü qaçdı

1 İyul 2017 22:50 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib.

Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu maşın vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil. Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az