Sabirabadda ev yandı

1 İyul 2017 23:00 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 185 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.