Putin finala baxmağa gəlməyəcək

2 İyul 2017 11:53 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya və Çili arasında keçiriləcək həlledici qarşılaşmanı stadiondan izləməyəcək.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Xatırladaq ki, Rusiya dövlət başçısı iyunun 17-də Konfederasiyalar Kubokunun açılış mərasimində iştirak etmişdi. Həmin vaxt o, Rusiya millisinin Yeni Zelandiyaya qarşı oyununa canlı tamaşa etmişdi.

Bu günsə finalda Almaniya və Çili milliləri qarşılacaq. Final oyunundan öncə isə 3-cü yer uğrunda Portuqaliya-Meksika milliləri mübarizə aparacaq.