2 nəfər Xəzərdə batmaqdan xilas edildi

2 İyul 2017 17:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.

Hadisələrdən biri Bakının Xəzər rayonunda, digəri isə Mingəçevir su anbarında baş verib. Dərhal Xidmətin xilasediciləri hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

"Report"un Şirvan bürosunun məlumatına görə, Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs 1995-ci il təvəllüdlü Şəki rayon sakini Ələkbərov Ərəb Yavər oğludur.