Ramil Quliyev Türkiyəyə qızıl qazandırdı

2 İyul 2017 18:04 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı sprinter Fransanın paytaxtı Parisdə keçirilən Brilliant Liqa qızıl medal qazanıb.

O, 200 metr məsafəyə qaçışda 20,15 saniyə nəticə göstərib. Gümüş medala finişə 20,27 saniyəyə çatan hollandiyalı Şurandi Martina, bürünc medala isə 20,45 saniyə göstərici ilə yamaykalı Raşid Duayer sahib çıxıb.

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.