Göygöldə ikimərtəbəli ev yandı

2 İyul 2017 19:51 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Göygöl rayonu Çaykənt kəndində vətəndaşa məxsus ümumi sahəsi 192 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı ev yanıb.

Evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 15:45-də söndürülüb.