Xaçmazda dənizdə çimən şəxs boğulub, öldü

2 İyul 2017 22:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, insident bu gün axşam saat 18:30 radələrində qeydə alınıb.

Hazırda şəxsiyyəti məlum olmayan təqribən 40-50 yaşlı şəxs dənizdə çimərkən batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.