“Şou verilişlərin səviyyəsinin aşağı olması...” - MTRŞ

3 İyul 2017 08:52 (UTC+04:00)

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir:

"Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır".

Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz:

"Bu, kanalın yaradıcılıq işdir. Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efirimizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı".

AzNews.az