7 gün istirahət edəcəyik

13 Fevral 2013 09:00 (UTC+04:00)


Day.Az-ın verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetindən xəbər veriblər.

Martın 23-24-ü iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart günləri də iş günləri sayılmayacaq.
Beləliklə, Azərbaycan vətəndaşları üçün bayram martın 20-dən 26-na qədər davam edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasmının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, onlar avtomatik olaraq sonrakı iş günlərinə köçürülürlər.