Çində daşqınlar 8 nəfərin həyatına son qoydu

3 İyul 2017 10:47 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar geniş ərazini əhatə edib. Sel 600 evi dağıdıb 17 min hektar təsərrüfat ərazisi suların altında qalıb. Dağıntılar nəticəsində azı 40 nəfərin xəsarət aldığı bildirilir.

Təbii fəlakət bölgəsində 250 min insan məskunlaşıb. Yerli rəhbərlik 38 min insanı təxliyə edib.

Rəsmilər bölgəyə dəyən ziyanın 251 milyon dollar təşkil etdiyini bildiriblər.

AzNews.az