Məhkəmə sədri ürək tutmasından öldü

3 İyul 2017 10:57 (UTC+04:00)

Femida.az xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.

Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 1985 - 1999-cu illərdə Azərsənayetikinti` Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsində hüquq məsləhətçisi, 1999`-cu ildə Hüquq ədəbiyyatı` nəşriyyatı firmasında Qanunvericiliyin sistemləşdirilməsi və nəşrə hazırlanması qrupunun rəhbəri və eyni zamanda `Hüquqi dövlət və qanun` jurnalında məsul katib, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifələrində işləyib.

2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

AzNews.az