“Robinzon Kruzo” dünyasını dəyişdi

3 İyul 2017 12:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor iki gün əvvəl Romada xəstəxanaya yerləşdirilib.

Paolo Villacco “Cənab Robinzon” komediya filmində baş rolu ifa edib. İtaliyalı rejissor Serco Korbuççinin 1976-cı ildə istehsal etdiyi film ingilis yazıçı Daniel Defonun “Robinzon Kruzo” əsəri əsasında ekranlaşdırılıb.

Villacco kino sahəsinə verdiyi tövhələrinə görə Venesiya kinofestivalında “Qızıl Şir” mükafatına layiq görülüb.

Bəxtiyar Abbasov

AzNews.az