Heç kim Qənirə Paşayevanı belə görməyib – FOTO

13 Fevral 2013 09:24 (UTC+04:00)


Millət vəkili Qənirə Paşayeva "Ağla mənim üçün bu şəhər və sən..." adlı albomu üçün fotosessiya çəkdirib.

AzNews.az-ın məlumatına görə, albomda musiqisi, bəstəkar Oqtay Kazımiyə, sözləri Qənirə Paşayevaya məxsus 8 mahnı yer alıb. Həmçinin albomda bəstəkar Oqtay Kazıminin 80 illik yubileyi zamanı bu mahnılar əsasında keçirilmiş gecə, konsert proqramı da öz əksini tapıb.

Martın 6-da təqdim olunacaq "Ağla mənim üçün bu şəhər və sən.." adlı albomun üz qabığında millət vəkilinin xüsusi fotosessiyası daxil ediləcək.

Fuad Mədətov
AzNews.az