24 nəfəri ilan sancdı

3 İyul 2017 13:00 (UTC+04:00)

Bu barədə virtualaz.org saytına mərkəzin rəhbəri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun sözlərinə görə, iyunda 8, mayda 14, apreldə isə 2 nəfəri ilan sancıb. Müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, xüsusilə də Zirə kəndindən, bölgələrdən isə Bərdə, Tovuz, Şəmkir, Hacıqabul, Şamaxıdan daxil olub. Gətirilənlər arasında 1 nəfərin vəziyyəti ağır olduğundan hazırda xəstəxanada müalicə alır.

Mərkəz rəhbəri havaların istiləşməsi ilə ilan sancmalarının artdığını deyir: “Hər il iyul-avqustda müraciətlər daha çox olur. Buna görə də ehtiyatlı olmaq lazımdır”, -A.Maqsudov deyib.

Ötən ay bir nəfəri qaraqurd sancıb.

AzNews.az