16 yaşlı qız özünü qala divarından yerə atdı - Yenilənib

3 İyul 2017 17:27 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb.

Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

AzNews.az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı qızın onurğa sütununun bir neçə fəqərəsi və çanaq sümüyü sınıb. Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur.

Gənc qızın intihara cəhd etməsinin əsas səbəbi ailədə ata-anasının yola getməməsi və ayrılmaq istəmələridir.

AzNews.az