Almaniyada avtobus qəzası – 18 nəfər diri-diri yandı (Video)

3 İyul 2017 15:42 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlə dolu avtobus yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusda yanğın başlayıb. 30 sərnişin avtobusu tərk edərək xilas ola bilib. Lakin onların arasında ağır xəsarət alanlar da var. Şahidlərin sözlərinə görə, yanğınsöndürənlər hadisə yerinə çatan zamanı sürücünün faciəvi şəkildə yandığını görüblər. Avtobusun iki sürücüsü olub.

Qəzaya kimin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az