Kventin Tarantino nişanlandı

3 İyul 2017 16:44 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı Tarantino indiyə qədər rəsmi şəkildə heç kim ilə evli olmayıb və uşaqları da yoxdur. Lakin onun aktrisa Uma Turman ilə sevgi münasibətlərinin olduğuna dair uzun müddət şayiələr yayılıb. Tarantino isə bildirib ki, onlar sadəcə dostdurlar və Uma onun ilham qaynağıdır.

Cütlük 2009-cu ildən etibarən birgə həyat sürürlər. Tarantino Pik ilə ilk dəfə İsraildə “Şərəfsiz əclaflar” filminin təqdimatı zamanı tanış olub.

Daniela Pik israilli bəstəkar Tsvika Pikin qızıdır.

Bəxtiyar Abbasov

AzNews.az