Bakıda küçədə kişi meyiti tapıldı

3 İyul 2017 16:40 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 135 A ünvanının qarşısında qeydə alınıb. Burada şəxsiyyəti hələlik məlum olmayan 25-30 yaşlı kişi meyiti aşkar olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az