15 min manat məbləğində dələduzluq etdi - Həbs olundu

3 İyul 2017 16:51 (UTC+04:00)

Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək E. Sərtaş 7 il azadlıqdan məhrum edilib. E. Sərtaş məhkəmə zalında həbs edilib.

İttihama görə, E. Sərtaş tanışının Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə lisenziya alacağını vəd edərək, zərərçəkmiş şəxsə qarşı 15 min manat məbləğində dələduzluqda ittiham edilir. E. Sərtaş barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

AzNews.az