Yunan kateri Türkiyə gəmisinə atəş açdı

3 İyul 2017 19:51 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, İsgəndərun limanında yüklənərək, Kocaeli limanına yük daşıyan M/V ACT adlı yük gəmisi Rodos adası yaxınlığında yunan sahil təhlükəsizlik kateri tərəfindən atəşə tutulub.

Təhlükəsizlik kateri yük gəmisinin sahilə yan almasını tələb etsə də, bu yerinə yetirilmədiyindən , gəmiyə atəş açılıb. Nəticədə gəmidə 16 dəlik yaranıb. Bundan sonra gəmi yenidən türk sularına qayıdıb.

Gəminin kapitanı Sami Kalkavan “CNN Türk”ə açıqlamasında bildirib ki, yunanlar onlardan sahilə yönəlməyi tələb ediblər və gəmidə axtarış aparmaq istəsələr də, bu tələbi yerinə yetirməyiblər. Kapitanın sözlərinə görə, gəminin su ilə dolma təhlükəsi yoxdur. Buna baxmayaraq, böyük təhlükədən qurtulduq deyib.