Xəzərdə 2 nəfər boğulmaqdan xilas edildi

3 İyul 2017 20:28 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:23-də başa çatıb.