Şimali Koreyanın atdığı raket Yaponiyanın iqtisadi ərazisinə düşdü- Yenilənib

4 İyul 2017 10:55 (UTC+04:00)

AzNews.az dünya mediasına istinadən xəbər verir ki, Pxönan-Pukto əyalətindəki poliqondan buraxılan raket 40 dəqiqədən sonra, 930 km məsafə qət edərək Yapon dənizində Yaponiyaya məxsus iqtisadi zonaya düşüb. Zərbə nəticəsində heç bir gəmiyə ziyan dəymədiyi bildirilir.

***

09:16

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, iclasda Şimali Koreyanın növbəti raket təxribatına qarşı hansı addımların atılması məsələsi müzakirə olunacaq.

Qeyd edək k, bu gün səhər yerli vaxtla 9:40-da Şimali Koreyanın Pyonqan vilayətindən Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxılıb. Raketin 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət etdiyi bildirilir.

AzNews.az