"Jukovski" hava limanından Bakıya birbaşa aviareys açılır

4 İyul 2017 09:34 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Əlavə məlumat verilmir.

“Interfax” agentliyi isə xəbər verir ki, fevral ayının əvvəlində Rusiyanın nəqliyyat naziri Maksim Sokolov Azərbaycan tərəfinin “Jukovski” hava limanından Bakıya uçuşların yerinə yetirilməsini razılaşdırdığını bəyan edib.

İlkin olaraq “Pegas Fly” cari ilin mart ayının 14-dən etibarən “Jukovski” hava limanından Bakıya uçmaq niyyətində idi.

“Jukovski” hava limanı 2016-cı ilin may ayından fəaliyyət göstərir. Ötən il hava limanı 350-400 min nəfər proqnoza qarşı 53 min nəfər sərnişinə xidmət göstərib. Bu il aeroportun rəhbərliyi bu göstəricini 1,5 mln. nəfərə çatdırmaq niyyətindədir.

AzNews.az