Günəşdə qaralmağın zərərləri- ARAŞDIRMA

4 İyul 2017 10:01 (UTC+04:00)

Uzun illər aparılan araşdırmalara nəticəsində məlum olub ki, insan orqanizmindəki melanin günəş şüaları nəticəsində ifraz olunur və nəticədə insan dərisi qəhvəyi rəng alır.

Amma bu piqmentasiya yalnız günəş şüları altında deyil, rentgen şüaları və radiasiya nəticəsində də baş verə bilər.

Günün altında həddindən çox qalmağın fəsadları özünü illər sonra göstərə bilər. Məsələn, köhnə xəstəliklər ağırlaşa və ya bədxassəli şişlər əmələ gələ bilər. Günəşin ultrafiolet şüaları insan dərisinin ən alt qatlarındakı hüceyrələri belə məhv edir. Alimlərin araşdırmalarına görə, təkrar gündən yanmalar onkoloji xəstəliklərlə nəticələnir.

Bədənin günəş altında yanması orqanizmdəki temraturu artırır, suyu və duzun həddindən artıq ifraz olunması ilə nəticələnir. Bundan başqa, yanmış dəri tez qırışır və insanın vaxtından əvvəl qocalmasına səbəb olur. Adətən ultrafiolet şüaları insanın üz, qollar, ayaqları, boğazına mənfi təsir göstərir.

Günəş vannası ürək xəstəlikləri olan insanlar üçün daha çox zərərlidir. Çünki adətən belə xəstəlikdən əziyyət çəkən insanların günəş vannasından sonra ayaqları şişir və ağırlaşırlar.

AzNews.az