Rəqsanə erməni rejissoruna səsləndi- “Haramınız olsun”

4 İyul 2017 10:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə sənətçinin özü bildirib. O, uzun illərdir ki, repertuarında olan “İnanımmı” adlı mahnısının Ermənistan istehsalı olan filmdə səsləndirilməsini qeyd edib:

“Kökünüz kəsilsin, abırsızlar. Sizi görüm elə yerlə- yeksan olasız. Öyrənmisiniz ancaq bizim artıqlarla yalanmağa. Cındırların oxuduğunu bilmirdim, indi isə kinoya salıblar, haramınız olsun.”

“İnanımmı” mahnısının sözləri Telli Pənahqızına, bəstəsi Hikmət Aslanova məxsusdur.

Bahar RÜSTƏMLİ

AzNews.az