Pirşağı çimərliyinə gedənlərin nəzərinə

4 İyul 2017 10:40 (UTC+04:00)

AzNew.az “Trend”ə istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol" ASC təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

AzNew.az