“G20” sammiti zamanı terror hazırlayan şəxs saxlanılıb

4 İyul 2017 11:27 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, polis Almaniyanın Rostok şəhərindəki iki evdə axtarış apararaq külli miqdarda silah-sursat ələ keçirib. Bundan başqa, mənzillərdən çox sayda kimyəvi maddələr, pirotexnika tapılıb.

Əməliyyat zamanı daha bir nəfər 26 yaşlı kişi də həbs edilsə də, sonradan azad olunub.

“Bild” nəşrinin məlumatına görə, həbs edilən şəxs sağ radikal qrupun üzvlərindəndir.